Məhkəmə qərarları › İş №8(008)-808/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-808/2023

14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-808/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Sabunçu rayon icra şöbəsinin icra məmuru Hafis İsrafılovun iştirakları ilə X1 Sabunçu rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz sayılması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hafıs İsrafılovun məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(008)-1504/2023 №-li icra vərəqəsinə əsasən başlamış olduğu icra hərəkətlərini saxlamaqdan imitna etməsinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılmasına dair qərardadın qəbul edilməsini xahiş etmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023 tarixli, e-2(008)- 1504/2023 №-li qətnaməsi ilə, iddiaçı "xxxx" ASC-nin ona qarşı iddia tələbi təmin edilmiş, 97427.41 manat əsas, 35834.49 manat faiz borcunun, ümumilikdə 133261.90 manat pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsini, həmin əmlakın ilkin satış qiyməti 160000.0 manat müəyyən edilməklə açıq hərracdan satılması qət edilmiş, məhkəmə iclaslarında iştirak etməmiş, iclasların keçirilmə vaxtindan məlumatsız olmuşdur. Halbuki işdə olan sənədlərdən yaşadığı ünvan bəlli idi. Məhz bu səbəbdən, məhkəmə qətnaməsinin çıxarılmasını ilk dəfə Xətai rayon İcra şöbəsinə çağırıldığı zaman öyrənmiş, dərhal məhkəməyə müraciət edərək qətnaməni xx.xx.2023-cü il tarixində almış, və həmin qətnamədən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermişdir. Sabunçu Rayon İcra Şöbəsinдя icra məmuru Hafiz İsrafılovun yanında olaraq ona apellyasiya şikayəti verildiyini bildirmiş və iş üzrə icraatı saxlamasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 16.09.23-cü il tarixli qərardadындан verdiyi şikayət təmin olunmuş və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair xx.xx.2023-cü il tarixli qərardad çıxarılmışdır. Həmin qərardadı və Sabunçu Rayon Məhkəməsinin hakimi xanm Tahirə Əsədovanın iş üzrə icra hərəkətlərinin dayandırıılmasına dair məktubunu Sabunçu Rayon İcra Şöbəsinə təqdim etmiş və icra hərəkətlərinin saxlanmasını xahiş etmişdir. Buna baxmayaraq, icra məmuru icra hərəkətlərini saxlamaqdan qanunsuz olaraq və qərəzli olaraq imtina edir. Məhkəmə iclasında iştirak edən icra məmuru Hafis İsrafılov bu gündən etibarən icra hərəkətlərini dayandıracağını bildirmişdir, belə ki, işin Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul edilməsi barədə məlumat dəftərxanaya bu gün daxil olmuşdur Məhkəmə icra məmurunu dinləyib, ərizəni və iş materiallarını nəzərədən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, işin Apellyasiya Məhkəməsinin icraatında olması barədə məlumat icra şöbəsinə daxil olmuş və icra məmuru icra hərəkətlərini dayandıracağını bildirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 17.1 və 17.1.7-ci maddələrə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icaart məcburi olaraq dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə rədd olunsun. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar