Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-812/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilovun əmlak üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Toyota Prado” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-4949/2023-022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5464.3 manat məbləğində pul vəsaiti və 76.64 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Həmin müddət ərzində tələb borclu tərəfindən təmin edilməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus “Toyota Prado” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulması xahiş olunur. Borclu nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4949/2023-022 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən borclu məlumatsız olmuş, icra məmuru tərəfindən məlumat daxil olduqdan sonra, qətnaməni rəsmi qaydada əldə etdikdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixə baxış iclası təyin edilmişdir. Belə olan halda icra məmuru tərəfindən icraat dayandırılmalı və məcburi icra tədbirləri görülməməliidr. Bu səbəbdən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4949/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Borclu verdiyi apellyasiya şikayətinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almadığından və müvafiq icra sənədi üzrə icraat dayandırılmalı olduğundan cavadeh barəsində məcburi icra tədbiri kimi hazırda əmlakına həbs qoyulması barədə verilmiş təqdimat təmin edilə bilməz. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4949/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5464.3 manat məbləğində pul vəsaiti və 74.64 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar həmin bildirişlə birlikdə borcluya göndərilmişdir. İş materiallarında olan “Elekton icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus “Toyota Prado” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Həmin Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.6-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4949/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus “Toyota Prado” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat rədd edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-812/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-812/2023
18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver