Məhkəmə qərarları › İş №8(008)-816/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-816/2023

13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-816/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, tələbkar X3 Sabunçu Rayon Məhkəməsinin 2(008)-1560/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(008)- 2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələrinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: X2 ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1560/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələrinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1560/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri ərizəyə əlavə edilməmişdir. Belə olan halda ərizəyə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1560/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri ərizəyə əlavə edilmədiyindən şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Sabunçu Rayon Məhkəməsinin 2(008)-1560/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələrinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar