Məhkəmə qərarları › İş №8(008)-820/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-820/2023

28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-820/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair X3 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-131/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardada əsasən mülkiyyətində olan “KİA K3” minik markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində olan həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 3331,68 manat pul və 30 manat dövlət rüsumu tutularaq X4 xeyrinə ödənilməlidir. Qeyd olunan qətnamənin icrası məqsədilə icra məmurunun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin 8(008)-131/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ona məxsus “KİA K3” minik markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Həmçinin, tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4608/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmuşdur. Bu əsasla icra məmuru xx.xx.2022-ci il tarixli qərarına əsasən iş üzrə icraata icra haqında qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Həmçinin məlumat üçün bildirir ki, yeni qəbul olunmuş qətnamə üzrə də bütün borc öhdəliyi tərəfindən təmin edilərək tələbkara olan borc tam şəkildə ödənilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən borclu X5 borcu tam ödədiyini, bu səbəbdən də avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1131/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə X1 mülkiyyətində olan “KİA K3” minik markalı, ** OZ *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.4-ci maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə iş üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4608/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi leğ edilmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1131/2021 saylı qərardadı ilə X3 mülkiyyətində olan «KİA K3» minik markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-820-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4207/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasının təmin ediıməsi məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-131/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 mülkiyyətində olan «KİA K3» minik markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar