Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-821/2023 30.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi ilə, Borclu barəsində təyin edilmiş məcburi müalicənin davam etdirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin baş direktoru Elşən Mustafayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin baş direktoru Elşən Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı Qərarının 4-cü bəndinin 4.2.2-ci yarımbəndinə uyğun olaraq Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1130/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1985-ci il təvəllüdlü, Beyləqan rayonu, Bolsulu kəndində qeydiyyatda olan Borclu məcburi yerləşdirilməsi müddətinin uzadılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə müvafiq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1130/2023 nömrəli qətnaməsinə əsasən Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin Həkim-Məsləhət Komissiyasının xx.xx.2023-cü il tarixli, 122 nömrəli rəyindən görünür ki, Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları həvəssiz qəbul edir, şöbədaxili nizam-intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmir. Gələcəkdə ayıq həyat tərzi keçirilməsinə qərarlı olmadığını bildirir. Əmək terapiyasına həvəssiz qoşulur. Xəstəliyinə tənqidi yoxdur. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirmir. Hal-hazırda məcburi müalicənin davam etdirilməsinə zərurət vardır. Həkim Məsləhət Komissiyası təyin edilmiş məcburi müalicənin davam etdirilməsi üçün məhkəməyə müraciət edilməsini məsləhət görmüşdür. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 355-ci maddəsinə əsasən şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1130/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1985-ci il təvəllüdlü, Beyləqan rayonu, Bolsulu kəndində qeydiyyatda olan Borclu barəsində təyin olunmuş məcburi müalicə müddəti uzadılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1130/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1985-ci il təvəllüdlü, Beyləqan rayonu, Bolsulu kəndində qeydiyyatda olan Borclu narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddəti uzadılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-821/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-821/2023
30.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver