Məhkəmə qərarları › İş №8(008)-823/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-823/2023

30.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-823/2023 30.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi ilə, Borclu barəsində təyin edilmiş məcburi müalicənin ləğvinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin baş direktoru Elşən Mustafayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin baş direktoru Elşən Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı Qərarının 4-cü bəndinin 4.2.2-ci yarımbəndinə uyğun olaraq Saatlı Rayon Məhkəməsinin 2(055)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.1979-cu il təvəllüdlü, Saatlı rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə müvafiq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 2(055)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.1979-cu il təvəllüdlü, Saatlı rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin Həkim-Məsləhət Komissiyasının xx.xx.2023-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları intizamlı olaraq qəbul etmiş, şöbədaxili nizam-intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmişdir. Əmək terapiyasına həvəslə qoşulur. Aparılan müalicədən sonra normal həyat tərzinə münasibət formalaşmışdır. Xəstəliyinə tənqidi yanaşır. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirir. Hal-hazırda məcburi müalicənin davam etdirilməsinə zərurət aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 354-cü maddəsinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.1979-cu il təvəllüdlü, Saatlı rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicə ləğv edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.1979-cı il təvəllüdlü, Saatlı rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicə ləğv edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən azad edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar