Məhkəmə qərarları › İş №8(008)-824/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-824/2023

30.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-824/2023 30.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Borclunun nümayəndəsi X3, Borclunun nümayəndəsi və vəkili X8 iştirakları ilə, X1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi yaxud icrasına möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına yaxud icrasına möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X11 ilə Tələbkar arasında 4 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış və 951 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları Tələbkar yanında qalmaları, X5 xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması, X5 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutulub Tələbkar verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin bu gün onun maddi imkanı yoxdur, bu səbəbdən də məhkəmə qətnaməsi ilə qət olunmuş və yığılmış 6164 manat puldan 880 manat məbləğini ödəmiş, qalan 5284 manat məbləğini birdəfəyə ödəyə bilmir. Belə ki, əvvəllər işləsə də, hazırda iş yeri bağlandığına görə işləmir. Qeyd etdiyi kimi, hal-hazırda işləmir, adına heç bir əmək müqaviləsi yoxdur, iş axtaran kimi Sabunçu rayon məşğulluq mərkəzində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi X10 və vəkili X13 ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, proses iştirakçılarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, borclunun əmlak vəziyyəti və digər hallar barədə sübutlar iş materiallarına əlavə edilməmiş, sözügedən qətnamənin hissə-hissə icra edilməsi, yaxud icrasına möhlət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X11 ilə Tələbkar arasında 4 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019cu il tarixdə bağlanmış və 951 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları Tələbkar yanında qalmaları, X5 xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması, X5 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutulub Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmin Məhkəmənin «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi yaxud icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar