Məhkəmə qərarları › İş №8(008)-826/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-826/2023

28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-826/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2513/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədli təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı belə əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 3073.5 manat borc və 50.73 manat dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «TOYOTA PRİUS» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı, «TOYOTA PRİUS» markalı **-EC-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Sabunçu Rayon İcra şöbəsinin icra məmuru tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-2513/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə uyğun olaraq Borclu barəsində icraata başlamışdır. xx.xx.2023-cü il tarixli, e249909/2023-4-26-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya 10 gün könüllü müddət verilmiş, borclu tələbi könüllü icra etmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdar edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumadan görünür ki, Ban nömrələri: JTDKB20U687794555, JTDKB20U577554685, JTDKB20U687774774, JTDKB20U597837445 olan «TOYOTA PRİUS» markalı avtomobillərin mülkiyyətçisi Borcludır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya mülkiyyətində olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə iclaısnda məlum olur ki, Borclu icra vərəqəsi üzrə icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu mülkiyyətində olan Ban nömrəsi: JTDKB20U687794555 olan «TOYOTA PRİUS» markalı avtomobilin üərinə həbs qoyulması Sabunçu Rayon Məhkəməsinin 2(008)-2513/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbi öənməsinə kifayət etdiyindən təqdimat həmin avyomobilə mnüasibətdə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2513/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Ban nömrəsi: JTDKB20U687794555 olan «TOYOTA PRİUS» markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar