Məhkəmə qərarları › İş №8(008)-827/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-827/2023

28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-827/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X3, Tələbkar, Borclu1 iştirakları ilə, Borclu1 məxsus əmlakın üzərinə həbs qoyulması haqqında Sabunçu rayon icra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Sabunçu rayon icra şöbəsinin icra məmuru Şəhram Şəmmədli icra sənədi üzrə borclular Borclu1 məzsus 1/6 hissə, Borclu2 məxsus 4/6 hissədə əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatlarla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 8891/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 hüquqi varisləri Borclu2 və Borclu1 267907 manat borc və 30 manat dövlət rüsumu Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. “10” gün müddətində borclular tərəfindən icra sənədi üzrə tələb təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2674/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 G saylı fərdi yaşayış evində Borclu1 1/6, Borclu2 məxsus 4/6 hissədə vərəsəlik hüquqları olmuş və payları müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoyulmalıdır. Tələbkar ərizə verərək qeyd etmişdir ki, borclular qətnamənin icrasına açıq-aşkar maneçilik törədir, ləngidir, qətnaməyə izahın verilməsini istəmiş, ərizə rədd edilmiş, qərardad dəyişdirlmədən saxlınılmışdır. Ali məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət vermiş, şikayətləri icraata qəbul edilməmişdir. Borclunun nümayəndəsi (vəkili) Vəkil aşağıdakı məzmunda ərizə təqdim etmişdir. Borcluya məxsus yalnız bir yaşayış evi vardırsa, fiziki şəxs barəsində icra sənədi icra olunarkən - bir ailənin bir evi olduğu üçün, qanunla tələb həmin evə və ya onun hissəsinə yönəldilə bilməz. Belə ki, "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 №-li Qərarı vardır. Həmin Qərarla, "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq SİYAHİSİ" təsdiq edilmişdir. Təsdiq edilmiş Siyahının 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsi qanunla yol verilməzdir. Naxçıvan MR, ünvan 1ində yerləşən ev, vaxtı ilə Borclu1 adına olsa da, hazırda həmin ev onun adında deyil və bu ev onun oğlu - Maraqlı şəxs adına dövlət reyestrində eyni nömrə, yəni **********60-10301 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Belə ki, faktın sübutu üçün aidiyyatı üzrə sorğu da verilə bilər. Odur ki, Borclu1 hazırda qeydiyyatda olduğu və yaşadığı evdən başqa, adına hər hansı evin olmadığını rəhbər tutaraq, NK-nin xx.xx.2002-ci il tarixli, 89 №-li qərarına əsasən - bu evin üzərinə həbs qoyulması qanunsuz olduğundan, təqdimatın təmin edilməməsi xahiş olunur. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin icra məmuru, Borclu2 məhkəməyə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Odur ki, məhkəmə təqdimata adları çəkilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak Tələbkar verdiyi ərizənin məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu1 etirazın məzmununa uyğun izahat verərək təqdimatın rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahalarını dinləyərək, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, iş materiallarında olan icra vərəqəsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 hüquqi varisləri Borclu2 və Borclu1 267907 manat borc və 30 manat dövlət rüsumu Tələbkar xeyrinə ödənilməlidir İş materiallarından icra sənədi üzrə tələbin borclu tərəfindən təmin edilməsi görünmür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2674/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 G №-li fərdi yaşayış evində Borclu1 1/6, anası Borclu2 məxsus 4/6 hissələrdə vərəsəlik hüququnun olduğu və payların müəyyən olunduğu qət edilmişdir. Hazırda iddiaçı borcluların həmin paylarına həbsin qoyulmasını istəyir. Hər iki borclu həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə aktlarından sonra həmin evin 1/6 hissəsinə tələbkarın uşaqları çıxarış alsalar da, hazırki iş üzrə borcluların 5/6 payları açıq qalmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********98-10301). Elektron məhkəmə sistemindən borclunun mülkiyyətində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********60-10301 olan Naxçıvan MR, ünvan 1i ünvanında iki otaqlı 151.06 kv metr fərdi yaşıyı evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin olduğu görünür. Lakin, hazırda həmin ev Borclu1 oğlu Maraqlı şəxs Seyftdinoviçin mülkiyyətindədir. Maraqlı şəxs Seyftdinoviç Sabunçu rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır, yəni, anası ilə birlikdə yaşamır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə təqdimatların qanunsu olduğu qənaətinə gəlmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Lakin, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 №-li Qərarı ilə təsdiq vardır. Həmin Qərarla, "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahisi" təsdiq edilmişdir. Təsdiq edilmiş Siyahının 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən - borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmmir. Məhkəmə hesab edir ki, borcluların qeyd olunan payları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına hələ alınmadığından, eyni zamanda həmin evin borcluların yeganı yaşayış evləri olduğundan, həmin paya həbs qoyula bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Eyni zamanda, məhkəmə borcluların nəzərinə çatdırmağı zəruri hesab edir ki, məhkəmə qətnaməsi mütləq icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Hər iki təqdimat rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar