Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-831/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X1 iştirakı ilə, Borclu məxsus olan avtomobilin üzərinə həbs qoyulması haqqında Sabunçu rayon icra şöbəsinin icra məmuru Bəydulla Sadıqzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Sabunçu rayon icra şöbəsinin icra məmuru Bəydulla Sadıqzadə icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mercedes Benz” mikroavtobus, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 2028/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 370 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu Borclu tutularaq tələbkar X2 hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraat materialları ilə müəyyən olunmuşdur ki, “Mercedes Benz” mikroavtobus, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Borcludur. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 2028/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 370 manat məbləğində pul vəsaiti Borclu tutularaq Tələbkar hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş “EMF-Elektron İcra Sistem”indən əldə olunan məlumata əsasən borclunun mülkiyyətində “Mercedes Benz” mikroavtobus, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil var. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri 16 saylı Notariat Kontorunun icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Mercedes Benz” mikroavtobus, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclunın mülkiyyətində olan “Mercedes Benz” mikroavtobus, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-831/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-831/2023
25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver