Məhkəmə qərarları › İş №8(008)-839/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-839/2025

23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-839/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4507/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Fuad Kərimovun təqdimatına baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Fuad Kərimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-4507/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 55500 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci ildə Sabunçu Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunub, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borcluya dəfələrlə çağırış vərəqəsi göndərilsə də, hal-hazıradək o çağırışa gəlməmiş və icra sənədində olan tələb borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyən olunmuş vaxta borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)-058/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardadla razılaşmayan Borclu nümyəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin 8(008)-058/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, təqdimatın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-58/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, tələbkara və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının İcra və Probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat"da göstərilən maddələrə uyğun hərəkət etməlidir: 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Təlimatın 2.2.1-ci maddəsinə əsasən, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir; 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Təlimatın 2.2.2-ci maddəsinə görə, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli təlimatın 2.2.3-cü maddəsinə əsasən, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra məmurunun hansı icra hərəkətlərinin həyata keçirtdiklərini və təqdimatın əsaslılığını yoxlamaq məqsədi ilə icra işi istənilmiş, və müəyyən edilmişdir ki, tələbkar xx.xx.2025-ci il tarixdə borclu barəsində bütün məcburi icra tədbirlərinin ləğv edilməsi barədə ərizə ilə icra şöbəsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli qərarla Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-4507/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi Sabunçu Rayon Məhkəməsinə geri qaytarılmışdır. Ona görə məhkəmə hesab edir ki, Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Fuad Kərimovun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4507/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclunun "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Fuad Kərimovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar