Məhkəmə qərarları › İş №8(008)-84/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-84/2024

15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-84/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Borclu, X2, X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayevin “Borclu Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə məcburi gətirilməsi” barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu X1 xeyrinə 933 manat məbləğində pul və 30 manat dövlət rüsumu ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına – ünvan 1ilmişdir. Borclu icra şöbəsinə gəlməmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatla razılaşmadığını, icra şöbəsinə getməkdən yayınmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurunun qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 675/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli, e292814/2023-4-25-004 bildiriş məktubundan görünür ki, tələbin könüllü icrası üçün borcluya 10 gün müddətinə könüllü icra müddəti verilmişdir və əks təqdirdə barəsində məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdar edilmiş, lakin xəbardarlıq məktubunu tərəfə çatmasına dair qəbz təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinin icra məmur qərarından görünür ki, Borclu Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 15.2-ci mаddələrinə əsаsən məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə təqdimata münasibət bildirərək qeyd edir ki, icra Borclu icra şöbəsinə məcburi gətirilməsini xahiş etsədə, icra məmuru borclunun əvvəllər icra şöbəsinə dəvət edilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə borclunun hazırda məhkəmə iclasında iştirak etməsini, habele əvvvəllər icra şöbəsinə qanunla nəzərdə tutulacak qaydada dəvət edilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayevin “Borclu Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə məcburi gətirilməsi” barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəflətə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar