Məhkəmə qərarları › İş №8(008)-841/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-841/2023

28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-841/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Borclu X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-15617/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Bəydulla Sadıqzadənin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Bəydulla Sadıqzadə təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes E 220 CDİ” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-15617/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 16955.9 ABŞ dolları və 20 manat dövlət rüsumu məbləğində borc tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Sabunçu rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə müvafiq icra tədbirləri görülmüş, icraata başlamaq haqqında qəbul edilmiş qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində qeyd edilmiş ünvanına göndərilmişdir. Lakin könüllü icra müddətində tələb təmin edilmədiyi üçün tərəfindən məcburi icra tədbirləri görülərək, Borclu məxsus “Mercedes E 220 CDİ” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdimat təqdim edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-236/2020 saylı qərardadına əsasən Borclu məxsus “Mercedes E 220 CDİ” markalı, **-EK-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Sonradan, borclular tərəfindən borc məbləği tam şəkildə ödənilmiş və icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən borclu X2 təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə tələbkar, Borclu və Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-236/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-15617/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək üçün Borclu məxsus “MERCEDES E 220 CDİ” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra sənədinin icraatına xitam verilməsinə dair Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-15617/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda iş üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-15617/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəsinin 8(008)-236/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan «MERCEDES E 220 CDİ» minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından məlum olur ki, sözügedən icra sənədi üzrə icraata tam xitam verildiyindən, borclunun əmlakına qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-15617/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəsinin 8(008)-236/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «MERCEDES E 220 CDİ» minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar