Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-843/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Borclu barəsində məcburi müalicənin davam etdirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin baş direktoru Elşən Mustafayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin baş direktoru Elşən Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-472/2022 saylı qətnaməsinə əsasən xx.xx.1983-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicənin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-472/2022 saylı qətnaməsinə əsasən Borclu məcburi müalicə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin Respublika Narkoloji Mərkəzinə yerləşdirilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsi Həkim-Məsləhət Komissiyasının xx.xx.2023-cü il tarixli 128 №-li rəyinə görə Borclu məcburi müalicəsinin davam etdirilməsi barədə məhkəməyə təqdimatla müraciət edilməsi məsləhət görülür. Qeyd olunan rəydən görünür ki, Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları həvəssiz qəbul etmiş, şöbədaxili nizam intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmir, əmək terapiyasına həvəssiz qoşulur. Xəstəliyinə tənqidi yoxdur. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirmir. Hal-hazırda müalicənin davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 355-ci maddəsinə əsasən narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə Borclu müayinəsini aparan Həkim-Məsləhət Komissiyasının xx.xx.2023-ci il tarixli 128 №-li rəyinə qiymət verərək hesab edir ki, Borclu hazırki vəziyyəti nəzərə alınaraq məcburi müalicənin müddətinin uzadılması məqsədəuyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin təqdimatı təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-472/2022 nömrəli qətnaməsi əsasən xx.xx.1983-cü il təvəllüdlü Borclu təyin olunmuş məcburi müalicənin müddəti uzadılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №8(008)-843/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-843/2023
28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver