Məhkəmə qərarları › İş №8(008)-87/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-87/2024

02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-87/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-87/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar "xxxx" Mobil MMC tərəfindən verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" Mobil MMC məhkəməyə ərizə ünvanlayaraq, Sabunçu rayon İcra şöbəsinin “icra sənədinə xitam verilməsi” barədə qərarının ləğv edilməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-16762/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-87/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" Mobil MMC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" Mobil MMC məhkəməyə xx.xx.2024-cü il tarixdə şikayət ünvanlayaraq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-87/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, tələbkar "xxxx" Mobil MMC tərəfindən məhkəmə qərardadından şikayət verilməsi müddəti ötürülmüşdür. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-87/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı tələbkar "xxxx" Mobil MMC-nin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, şikayət isə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ötürülmüş, iş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-87/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar "xxxx" Mobil MMC tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar