Məhkəmə qərarları › İş №8(008)-96/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-96/2024

21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-96/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Borclu iştirakları ilə Borclunın Sabunçu rayon Məkəməsinin 2(008)-4367/2023 №-li xx.xx.2023-cü il tarixli il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu məhkəməyə ərizə ilə müracit edərək, Sabunçu rayon Məkəməsinin 2(008)-4367/2023 №-li xx.xx.2023-cü il tarixli il tarixli qətnaməsinə əsasən ödəməli olduğu borcdan ödənilməmiş qalan hissəsinin 5 ay müddətinə hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin 2(008)- 4367/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan 958 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. O, qətnaməni qanuni hesab etdiyindən şikayət verməmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. O, artıq tələbkarən kartına 150 manat ödəmişdir. İki azyaşlı uşağı var, biri autizm xəstəlyindən əziyyə çəkir. Qalıq 838 manatı bir dəfəyə ödəyə bilmir. İş üzrə proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizə təqdim edərək qətnaməsinin hissəhissə icra edilməsi barədə ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə borclunun izahatını dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətləri tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu Sabunçu rayon Məkəməsinin 2(008)-4367/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar