Məhkəmə qərarları › İş №8(010)-10/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-10/2025

20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-10/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-290/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, ondan 22400 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar verilməsi barədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli. e-2(010)-290/2023 saylı qətnaməsinin hissə-hissə icra edilərək hər ay 1500 manat olmaqla ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli. e-2(010)-290/2023 saylı qətnaməsi ilə X9 ilə Tələbkar arasında Abşeron rayonu, X10 ərazisində 0.03 ha torpaq sahəsində Tələbkar üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019- cıı il tarixli Podrat müqaviləsinin ləğv edilməsi, X9 ilə Tələbkar arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Tələbkar tərəfindən ödənilmiş 22400 manat məbləğində pul vəsaitinin cavabdeh X3 tutularaq iddiaçı Tələbkar ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzi X3 tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra sənədi icra şöbəsinə təqdim edildikdən sonra, icra məmuru onu icra şöbəsinə dəvət edərək həmin borcu bir dəfəyə ödənilməsini tələb etmişdir. O, həmin borcdan bir hissəsini ödəmiş, qalan borcu isə birdəfəlik ödəyə bilməmişdir. Özü fərdi sahibkarlıqla məşğul olur və sifariş olduqda podrat müqaviləslə əsasən ev təmir edir. Hal-hazırda əldə etdiyi gəlirlə ailəsini dolandırır, ailədə isə ondan başqa işləyən yoxdur, mülkiyyətində isə heç bir əmlakı yoxdur. Məhz bu səbəbdən məhkəmənin qətnaməsində göstərilən məbləğin isə onun tərəfindən hal-hazırda birdəfəlik ödənilməsi praktiki olaraq mümkün deyil. Onun hal-hazırda həmin məbləği birdəfəlik ödəmək üçün kifayət qədər gəlirinin olmaması icra sənədi üzrə heç bir ödəniş etməməsi üçün üzürlü səbəbdir. Məhz bu səbəbdən, yəni icra sənədi üzrə ödəməli olduğu borc məbləğini ödəmək istəyinin olmasına görə o, icra sənədinin hissə-hissə icra edilməsi üçün məhkəməyə müraciət edir. Əgər onun icra sənədi üzrə qalan borcun hissə hissə icra edilməsi barədə ərizəsi təmin edilərsə və həmin borcu hər ay 1500 manat olmaqla ödəyə bilər. Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Tələbkar izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-290/2023 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X4 cavabdehlər X8, Tələbkar və X6 qarşı "öhdəliyin icrası qaydasında pul" tələbinə dair ilkin iddiası rədd edilmiş, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iddiaçı Tələbkar cavabdeh X5 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, X9 ilə Tələbkar arasında Abşeron rayonu, X10 ərazisində 0,03 ha torpaq sahəsində Tələbkar üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi ləğv edilmiş, X9 ilə Tələbkar arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Tələbkar tərəfindən ödənilmiş 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq iddiaçı Tələbkar ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzi X3 tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Borclunun hazırki ərizəsi əsassızdır. Belə ki, borclu məhkəmə qətnaməsi əsasında tutulacaq pul vəsaitini ödəmək fikri olsa idi, bu vaxta qədər ödəyərdi. Lakin borclu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunmur. O, borclunun ərizəsinə etiraz edir və ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizə təqdim etməklə kifayətlənmiş, həmin borc məbləğinin birdəfəlik deyil, məhz onun bildirdiyi kimi icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar barədə heç bir tutarlı dəlil məhkəməyə təqdim etməmişdir. Hazırda borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1883/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1883/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar