Məhkəmə qərarları › İş №8(010)-11/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-11/2024

23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-11/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, X1 iştirakı ilə X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X8 qarşı "müqavilə üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X5 şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi vəsaitə görə 349.84 (üç yüz qırx doqquz manat səksən dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 380,24 (üç yüz səksən manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2(010)- 3375/2023 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ərizəçi X9 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Suraxanı rayon məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi vəsaitə görə 349.84 (üç yüz qırx doqquz manat səksən dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 380,24 (üç yüz səksən manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün İcra şöbəsinə göndərilmişdir. İcra sənədində göstərilən məbləği bir dəfəyə ödəmək imkanında olmadığını üçün o, həmin pulu Banka ödəyə bilməmişdir. Hal-hazırda icra məmuru pulu dərhal ödəməsini tələb edir. Özü birinci qrup əlildir və əlilliyi ilə əlaqədar heç bir yerdə işləyə bimir, sadəcə aldığı təqaüdlə yaşayır. Himayəsində azyaşlı uşaqları da var, banka olan borcunu birdəfəlik ödəmək ərizəçi üçün maddi sıxıntılar yaradacaq ki, bu hal uşağın da mənafeyinə toxunacaqdır. Özü həmin məbləği hissə-hisə ödəyə bilər. Belə ki, əgər həmin məbləğin hissə-hissə ödənilməsinə ona icazə verilsəydi, o, hər ay 50 manat olmaqla borcu ödəyib qurtara bilərdi. Odur ki, məhkəmədən Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2(010)- 3375/2023 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə ərizəyə tələbkarın nümayəndəsinin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, borclunun ərizəsini araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməlidir. Belə ki, SER-TSE-01 saylı 031141 saylı arayışdan görünür ki, 1986-cı il təvəllüdlü X9 birinci qrup müddətsiz əlilldir. Əməyə qadir deyil və daima kənar şəxsin qulluğuna ehtiyacı var. 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə doğulmuş və valideynləri X9 və X4r. AZEMİS vasitəsi ilə müəyyən olunur ki, X9 birinci qrup əlil kimi 270.00 manat və 200.00 manat məbləğində pensiya alır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə iclası zamanı müəyyən olunur ki, borclu X2 Rayon Məhkəməsinin e- 2(010)-3375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədini icra etməkdən yayınmır, yalnız icra sənədində göstərilən məbləği tələbkarın xeyrinə birdəfəyə ödəyə bilmir. Odur ki, ona hər ay 50 manat olmaqla Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədini hissə-hissə icra etməsinə icazə verilməsi obyektiv və ədalətlidir. Məhkəmə borclunun maddi durumunu, ailə vəziyyətini, birinci qrup əlil olmasını, onun əməyə qadir olmamasını,kənar şəxsin qulluğuna ehtiyacı olmasını nəzərə alır. Bununla belə, məhkəmə X3 xatırladır ki, Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-3375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməli və X3 Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tələbkar "xxxx" ASC-yə ödəməli olduğu cəmi 380,24 (üç yüz səksən manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin hissəhissə ödənilməsinə, yəni qətnamənin tələbkarın xeyrinə hər ay 50 (əlli) manatdan az olmamaq şərtilə ödənilməklə icra edilməsinə icazə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilsin. X3 Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3375/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən tələbkar "xxxx" ASC-yə ödəməli olduğu cəmi 380,24 (üç yüz səksən manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin hissə-hissə ödənilməsinə, yəni qətnamənin tələbkarın xeyrinə hər ay 50 (əlli) manatdan az olmamaq şərtilə ödənilməklə icra edilməsinə icazə verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar