Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-110/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru R.Əliyevin Borclu mülkiyyətində olan “KİA CLARUS” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəiə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru R.Əliyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.2974-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu mülkiyyətində olan “KİA CLARUS” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatın dəlilləri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-827/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, Borclu 6405 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Tələb Borclu verilmiş könüllü icra üçün müddətdə təmin olunmadığından icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatı əsasında ona məxsus ** FF *** dövlət qeydiyyat nişanlı “KİA CLARUS” markalı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-33/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İcra sənədi üzrə borc tam ödənildiyindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən Borclu mülkiyyətində olan ** FF *** dövlət qeydiyyat nişanlı “KİA CLARUS” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə təqdimatla müraciət olunmalıdır. Tərəflərin izahatları İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata borclu, tələbkar və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş sənədlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-827/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu vurulmuş zərərə görə (avtomobilin salamat qalan yararlı hissələr iddiaçıya aid edilməklə) 6200 (altı min iki yüz) manat, məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı vəkilə çəkilmiş xidmət haqqına görə 161 (bir yüz altmış bir) manat, ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat olmaqla, cəmi 6405 (altı min dörd yüz beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(010)-33/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 827/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan «KİA CLARUS» markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli «icraata xitam verilməsi» qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 827/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu oglundan 6405 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Həmin qərarla, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-827/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru R.Əliyev tərəfindən Suraxanı rayon məhkəməsinin 2(010)-827/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə «icraata xitam verilməsi» barədə qərar qəbul etmişdir. Odur ki, hazırda icra məmuru Borclu mülkiyyətində olan “KİA CLARUS” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 8(010)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “KİA CLARUS” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Suraxanı rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-110/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-110/2024
05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver