Məhkəmə qərarları › İş №8(010)-111/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-111/2023

02.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-111/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2045/2015 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2(010)-2045/2015 saylı qətnaməsi ilə iddiaçı “Nikoyl” İKB-nin cavabdeh X5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair” tələbi üzrə iddia qismən təmin edilmiş, cavabdeh X3 840 manat əsas kredit borcu, 105 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 965 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə 01 iyun 2022-ci il tarixdə icraya yönəldilmişdir. Qeyd edir ki, qeyd olunan borcun birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Özü təqaüdçüdür. Ailənin yeganə qazanc mənbəyi aldığı təqaüddən ibarətdir. Həmçinin, bildirir ki, o, kredit müqaviləsinin tərəfi olmamış, yalnız zamin kimi çıxış etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi tələbkar və icra məmuru məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişlər. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2(010)-2045/2015 saylı icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X3 840 manat əsas kredit borcu, 105 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 965 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, hazırkı ərizə tutarlı dəlillərlə əsaslandırılmamış, qətnamənin hissə-hissə icrası deyilərkən hansı məbləğlərdə ödənişin edilməsi qeyd edilməmiş, formal olaraq ərizənin təmin edilməsi xahiş edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar