Məhkəmə qərarları › İş №8(010)-111/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-111/2024

06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-111/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, X1, X2 iştirakı ilə Ərizəçi (borclu) X8 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi (borclu) X12 məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tutulan 2200 dollar pulun ayda hissə-hissə, yəni 100 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı X10 oğlu X6 qanuni nümayəndəsi kimi qarşı pul tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X11 və o, X7 4700 dollar mələğində pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbi ilə raz olmadığını bildirərək qeyd etmişdir ki, iltizamı polisin təsiri altında oğlu imzalamışdır. Eyni zamanda qeyd edir ki, oğlu Muradla həmin qız arasında pul söhbət olmuşdur, lakin qeyd olunan məbləğ - 4700 dollar pul verilməmişdir, buna dair hər hansı bir sübutlar da yoxdur. Lakin buna baxmayaraq, onlar yenə də, 2000 manat ödəməyə razı olduğunu bildirmiş və eyni zamanda İradə Ağayevaya 500 manat pul vəsaiti verilmişdir. Buna baxmayaraq, iddia qismən təmin edilərək qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 2200 ABŞ dolları pul vəsaiti tutularaq yetkinik yaşına çatmayan X3 qanuni nümayəndəsi iddiaçı X9 ödənilməsi barədə Suraxanı rayon Məhkəməsinin 2(010)- 243 saylı, xx.xx.2024-cü il tarixdə qətnamə qəbul olunmuşdur. Qeyd edir ki, ailədə ondan başqa heç kim işləmir və ailəyə tək başına baxır. Hal-hazırda Nəqliyyat şirkətində sürücü vəzifəsində işləyir, aylıq əmək haqqısı 500 manat təşkil edir. Ailə dolanışığına görə çətinlik çəkir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi (borclu) X12 ərizə təqdim edərək, icra sənədi üzrə borcun aylıq 200 manat olmaqla hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X10 ərizə təqdim edərək, borc məbləğinin aylıq 200 manat olmaqla hissə-hissə icra olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizənin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə təmin olunmalıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, yetkinlik yaşına çatmayan X6 qanuni nümayəndəsi cavabdeh X7 qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 2200 ABŞ dolları pul vəsaiti tutularaq yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi iddiaçı X9 ödənilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 57.4 manatı yetkinlik yaşına çatmayan X6 qanuni nümayəndəsi cavabdeh X7 tutularaq iddiaçı X9 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinin əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, hazırki işin hallarından göründüyü kimi, ərizəçi əvvəlcə ərizə təqdim edərək məhkəmə qətnaməsinin aylıq 100 manat olmaqla icra edilməsini xahiş etsə də, lakin daha sonra ərizə ilə müraciət edərək həmin icra sənədinin aylıq 200 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və tələbkar X10 da ərizə təqdim edərək icra sənədinin aylıq 200 manat olmaqla hissə-hissə icra olunmasına etiraz etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə icra sənədinin icra qaydası barədə tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və Suraxanı Rayon Məhkəməsinin 2(010)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ərizəçi (borclu) X12 tərəfindən hər ay 200 manat ödənilməklə hissə-hissə icra edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi (borclu) X8 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ərizəçi (borclu) X12 tərəfindən hər ay 200 manat ödənilməklə hissəhissə icra edilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar