Məhkəmə qərarları › İş №8(010)-114/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-114/2022

11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-114/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Elxan Məmmədovun «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına» dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MEƏYYƏN ETDİ: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Elxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3657/2018 saylı, 26.04.2018-ci il tarixli icra sənədinə Borclu tələbkar "xxxx" MMC-nin xeyrinə cəmi 808 manat ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4689/2018 saylı, 30.07.2018-ci il tarixli icra sənədinə Borclu tələbkar X2 xeyrinə cəmi 5342 manat ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-932/2021 saylı, 15.03.2021-ci il tarixli icra sənədinə Borclu X1nın xeyrinə cəmi 3080 manat ödənilməlidir. İcra sənədləri şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq bu barədə qərar və bildirişlər borclunun ünvanına göndərilmişdir. Lakin borclu tərəfindən tələblərin icrası həyata keçirilməmişdir. İcra sənədləri icra olunmadığına görə Borclu barəsində müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında icra sənədi üzrə tələbin yönələ biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. X1 11.02.2022-ci il tarixdə şifahi şəkildə şöbəyə müraciət edərək Borclu hazıradək ona cəmi 300 manat ödəniş etdiyini, yaxın zamanda ölkəni tərk etmək niyyətində olduğunu bildirmiş, icra sənədi üzrə borc bitənədək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Həmin tarixdən etibarən Borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4689/2018 saylı, 30.07.2018-ci il tarixli icra sənədi icra sənədi üzrə 4427 manat, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 3657/2018 saylı, 26.04.2018-ci il tarixli icra sənədi üzrə 748 manat, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-932/2021 saylı, 15.03.2021-ci il tarixli icra sənədi üzrə isə 2780 manat məbləğində ödənilməmiş borcları mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231-ci madəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar