Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-127/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru N.İsmayılovanın Borclu məxsus “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulması barədə təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru N.İsmayılova təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatın dəlilləri Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3759.91 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Bank VTB (AZƏRBAYCAN)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, məhkəmədən icra sənədi üzrə Borclu məxsus olan “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata borclu, tələbkar və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 43.1.1 Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1.3 Könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1 Borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1 İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2 İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmənin mövqeyi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu 3759.91 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Bank VTB (AZƏRBAYCAN)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə "Elektron məhkəmə sistemi"ndən müəyyən edir ki, Borclu məxsus olan “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, tələbin könüllü icrası ilə bağlı bildiriş qanunvericiliyin tələblərinə müvafiq qaydada borcluya təqdim edilmiş, ona tələbin könüllü icrası üçün müddət verilmiş, lakin bu müddətdə tələb borclu tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, təqdimat təmin olunmalı və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə Borclu məxsus “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardadın icrası Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-127/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-127/2024
11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver