Məhkəmə qərarları › İş №8(010)-129/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-129/2024

30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-129/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi, X2 işitakı ilə, X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 3471/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3741\2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 3741\2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan 5269 (beş min iki yüz altmış doqquz) manat və 73 (yetmiş üç) manat dövlət rüsumu məbləğində pul vəsaitləri iddiaçı "xxxx" MMC-nin xeyrinə tutularaq ödənilməlidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Hal-hazırda Fövqəladə Hallar Nazirliyində manqa komandiri işləyir. Əmək haqqım 800 manatdır. Ailədə tək işləyən odur. Himayəsində bir az yaşlı övladı, evdar xanım olan həyat yoldaşı və yaşlı anası var. O, tək 3 nəfərə baxır. Ailəsi maddi çətinlik icərisindədir. Ailəni dolandırmağa çətinlik çəkir, demək olar ki heç dolandıra da bilmir. İcra şöbəsi tərəfindən qətnamənin icrası ilə bağlı 10 gün könüllü müddət verilmişdir. Hazırkı vəziyyətdə heç çür təyin olunmuş borcu tam olaraq bağlaya bilmir. Bu səbəbdən yuxarıda qeyd etdiyi kimi ailə və sosial vəziyyətinin nəzərə alaraq qətnamənin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizə təqdim edərək, ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və icra orqanına müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq tərəflərin heç biri məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə borclu tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, borclu tərəfindən ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Belə olan halda ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Şərh olunanlara əsaslanaraq və MPM-in 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 3471/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar