Məhkəmə qərarları › İş №8(010)-133/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-133/2024

12.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-133/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına» dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu xx.xx.2020-ci il tarixli GTKR2498068A123 saylı kredit müqaviləsi üzrə 4903,54 manat məbləğində əsas, 822,66 manat məbləğində faiz, cəmi 5726,20 manat və xx.xx.2021-ci il tarixli BRED3349739A123 saylı kredit kartı müqaviləsi üzrə 1262,92 manat məbləğində əsas, 332,29 manat məbləğində faiz, cəmi 1595,21 manat, ümumilikdə 7321,41 (yeddi min üç yüz iyirmi bir manat, qırx bir qəpik) manat məbləğində borc və 93,21 (doxsan üç manat, iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunmuş, Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudulaşdırıla bilər. Odur ki, Borclu hal-hazıradək borcu ödəməməsini, mülki-hüquqi öhdəliyin icrasından boyun qaçırmasını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə icra edilməmiş öhdəliyi ola-ola onun ölkədən getməsi icra sənədinin vaxtında icra olunmayacağını nəzərə alaraq, icra tədbiri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimatla müraciət olunmalıdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231-ci madəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1958-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar