Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-136/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa olunması barədə icra sənədi üzrə X1 vəsatətinə və qərarın ləğvinə dair şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-500/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçılar X3, X4 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-500/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icraatına icra sənədi üzrə tələbkarların həmin evə köçürülməsi təmin edildiyindən icra sənədi üzrə xitam verilmişdir. Qeyd olunan qərar ilə razı olmayan X6 xx.xx.2023-cü il tarixdə qərardan şikayəti vermişdir. Qeyd olunan qərar ilə razı olmayan X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək qərardan şikayət vermə barəsində icra müddətininin bitdiyini üzürlü hesab edib, müddətin bərpa edilməsini xahiş etmişdir. X2 izahat verərək bildirmişdir ki, o məhkəmənin qətnaməsinə əsasən mübahisəli evə köçürülməlidir. O dəfələrlə icra şöbəsinə müraciət edərək onun mübahisəli evə köçürülməsini xahiş etsə də, o icra məmuru onu həmin evə köçürəcəyinə söz vermişdir. Sonradan ona məlum olmuşdur ki, icra məmuru iş üzrə icraata xitam vermişdir. Bununla bağlı olaraq o məhkəmyə müraciət etmiş və icra məmurunun qərarı ləğv olunaraq icra sənədi yenidən icraya yönəldilmişdir. Lakin icra məmuru yenə də icra sənədi üzrə icraata xitam vermişdir, guya onlar həmin yaşayış evinə köçürülmüşlər. Cavabdeh X7 onlara maneə yaradır,lakin icra məmuru da bununla bağlı olaraq heç bir tədbir görmür. Buna görə də müddətin bərpa olunmasını və icraata xitam verilmə barədə qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin nümayəndəsi, borclu və digər tələbkarlar məhkəmə iclasında iştirak etməmişlər və nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayətdə qeyd olunan dəlilləri araşdırıb belə qənaətə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının şikayətçiyə təqdim olunması ilə bağlı rəsmi sübut olmadığından, həmçinin X3 iş üzrə icraata xitam verməsi barədə ərizəsi olmadığından müddət bərpa olunaraq şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.6-cı maddəsinə əsasən icra edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından X2 tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməli, buraxılmış prosessual müddət bərpa edilməli və Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 23-cü maddəsini, Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Ərizə təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından X2 tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Şikayət təmin olunaraq Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-500/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi yenidən icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-136/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-136/2023
19.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver