Məhkəmə qərarları › İş №8(010)-137/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-137/2023

27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-137/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə X3 həbsin götürülməsi barədə ərizəsinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ 21013” minik markalı, **-EH-*** nömrə nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 1547/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21013” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Sözügedən nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasına əsas olmuş, bank borcu borclu tərəfindən Tələbkar ASC-yə tam şəkildə ödənilmişdir. Tələbkar ASC tərəfindən verilmiş arayışda Suraxanı Rayon Məhkəməsinin 2(010)-1055/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclular Borclu və X2 borclarını tam şəkildə ödədikləri qeyd edilmişdir. Sözügedən “VAZ 21013” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 20 (iyirmi) ilə yaxın müddətdə etibarnamə əsasında onun istifadəsindədir. Həmin nəqliyyat vasitəsi ilə özünün və ailəsinin gündəlik qazancını təmin edir. X5 teleqramla məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Tələbkar və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1055/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, borclular Borclu və X1 4492.58 ABŞ dolları əsas borc, 210.66 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumu kreditor Tələbkar ASC-nin hesabına ödənilməlidir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-1547/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, Borclu məxsus “VAZ 21013” minik markalı, **-EH-*** nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Tələbkar ASC-nin Suraxanı Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3005İB nömrəli məktubundan görünür ki, borclular Borclu və X2 banka olan borclarını tam şəkildə ödədikləri qeyd edilmişdir və bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. - AA № 011164 nömrəli X4 Şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21013” minik markalı, **-EH-*** nömrə nişanlı avtomobil Borclu mülkiyyətindədir. - ƏN-Vİİİ 494418 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Borclu mülkiyyətində olan “VAZ 21013” minik markalı, **-EH-*** nömrə nişanlı avtomobili X8 1 il müddətində - xx.xx.2023-cü il tarixədək idarə etmək səlahiyyəti vermişdir. Beləliklə, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, borclular Borclu və X2 bank qarşısındakı öhdəliklərinin icra edilməməsi ilə əlaqədar olaraq Borclu mülkiyyətində olan “VAZ 21013” minik markalı, **-EH-*** nömrə nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, X5 avtomobil üzərindən həbsin götürülməsi ərizəsini vermək üçün subyektiv hüquqa malik deyildir. Belkə ki, iş materiallarından göründüyü kimi həmin avtomobil Borclu mülkiyyətində olmuşdur. X8 isə həmin avtomobilə dair etibarnamə ilə 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ərizəçi hazırki tələbi irəli sürmək hüququna malik deyildir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, hazırki icra işi üzrə icraata xitam verilməsi halı da məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 həbsin götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar