Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-14/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tələbkar, Borclunun nümayəndəsi (vəkili) X5 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər X4 və X9 qarşı "torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X6 və X8 iddiaçı Tələbkar xüsusi mülkiyyətində olan 0,0290 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı Tələbkar tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin cavabdehlər X6 və X7 tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə ekspertiza tədqiqatinın dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər X6 və X7 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindlirilən X1 nümayəndəsi (vəkili) X10 ərizəni müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı Tələbkar cavabdehlər X6 və X9 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdehlər X6 və X8 iddiaçı Tələbkar xüsusi mülkiyyətində olan 0,0290 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyin qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2023 saylı, 21,07.2023-cü il tarixli qətnaməsinə əsasən X6 və X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqribən 4 ay Azərbaycan Respublikası hüdudlarından kənarda olacaqdır. Cavabdehin sübut olaraq məhkəməyə təqdim etdiyi mülkiyyət sənədinin əsaslı və qanuni olmasına əsaslı şübhələr var. Belə kı, məhkəmə qətnaməsi çıxarılandan-sonra onun təşəbbüsü ilə yenidən ölçü işləri aparmış və müəyyən olunmuşdur ki, cavabdehə çıxarış verilən zaman mərz nişanları düşgün qoyulmamış və nəticədə faktiki onun istifadəsində olan torpaq sahəsi cavabdehin torpaq sahəsinin içinə salınmışdır. Belə ki, iş üzrə əvvəllər də məhkəmə araşdırması zamanı Tələbkar adına JN-5777 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və mülki iş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********064 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın koordinatları olmadığından torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək və sualları dəqiq cavablandırmaq mümkün olmamışdır. Sonradan qeyd edilən torpaq sahəsinə çıxarış alınmış və yuxarıda qeyd edilən problemlə qarşılaşmışlar. Onlar tərəfindən aparılmış hesablamaya əsasən iddiaçının mülkiyyətinə 0,260 m2 torpaq sahəsi verilmək əvəzinə 0,290 m2 torpaq sahəsi verilmişdir. Bu hal ciddi pozuntudur və məhkəmə tərəfindən araşdırılma predmetidir. Borclu tərəf sözügedən çıxarışı mübahisələndirəcəkdir. Hesab edir ki, yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən xüsusilə nəzərə alınmalı və məhkəmə qətnaməsinin icrasına möhlət verilməlidir. Məhkəmə iclasında dindirilən Tələbkar ərizəni qəbul etməyərək, izahatında göstərdi ki, X1 ərizəsi əsassız və qanunsuz olaraq rədd edilməlidir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun ərizəsini araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu X11 Rayon Məhkəməsinin 2(010)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsini istəyir və bunu iddiaçının mülkiyyət hüququna dair reyestrdə aparılan qeydiyyatda yalnışlığa yol verilməsi ilə əsaslandırır və aparılmış qeydiyyatı məhkəmə qaydasında mübahisələndirmək niyyətində olduğunu bildirir. Məhkəmə qeyd edir ki, iş materiallarından iddiaçının mülkiyyətində olan 0,290 m2 torpaq sahəsinə dair aparılmış qeydiyyatın doğruluğunun mübahisələndirilməsi aşkar edilmir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi üçün hər hansı bir əsas mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-14/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-14/2024
22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver