Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-144/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2483/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 235 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və 1590 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu hər ay xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 235 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına hər hansı daşınar və daşınmaz əmlak olduğu müəyyən edilməmişdir. Beləliklə, müəyyən edilir ki, borclu icra işindən məlumatlıdır, ama buna baxmayaraq borc tələbinin ödənilməsi istiqamətində təşəbbüs göstərilməyib. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Odur ki, məhkəmə icra sənədənin icrasını təmin etmək məqsədilə Borclu müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı sayıb, təqdimatın təmin olunması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-144/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-144/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver