Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-146/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1806/2024 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 alimentin miqdarının 2025-ci il üçün 246 manat minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1806/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Tələbkar xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında alimentin tutulması qət edilmişdir. Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilməlidir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 020872 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (atası Borclu, anası X3) xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 80 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-1806/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-1262/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2012-ci ildə anadan olmuş X1 üçün iddiaçı Tələbkar xeyrinə tutulan alimentin miqdarı artırılması, cavabdeh Borclu xx.xx.2012-ci ildə anadan olmuş X1 üçün hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaq yetkinlik yaşına çatanadək iddiaçı Tələbkar xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 25 dekabr 2017-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2018-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 130 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (154 manat) minimum əmək haqqına (130 manat) bölünməlidir (154/130= 1.18). Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-1806/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-146/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-146/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver