Məhkəmə qərarları › İş №8(010)-148/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-148/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-148/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küç, ev 230 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-474/2023 saylı, 01,06.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 22.11,2022-ci il tarixindən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü Əliyeva Hicran Vüqar qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş icra sənədində göstərilmiş Borclu qeydiyyat ünvanına göndərilmişdir. Tələb borcluya verilmiş könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu tələbkarın xeyrinə xx.xx.2023-cü il tarixə ödənilməmiş aliment borcu 2500 (iki min beş) manat təşkil edir. Elektron icra informasiya sistemindən çıxarışda borclunun sonuncusu xx.xx.2017-ci il tarixdə olmaqla ölkə hüdudlarını tez-tez tərk etdiyi məlum olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmalıdır. Odur ki, icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-474/2023 saylı, 01,06.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixindən hesablanmaqla xx.xx.2014cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü Əliyeva Hicran Vüqar qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmiş, həmin icra sənədi icraya yönəldilmiş və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsində icraata başlanmışdır. Tələb borcluya verilmiş könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya tələbin könüllü icrası üçün müddət verilmiş, lakin bu müddətdə tələb borclu tərəfindən icra olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar