Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-154/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-1652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1984-cü ildə Qafan rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 4891.55 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu na göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. "Elektron icra" informasiya sistemindən əldə olunan məlumata əsasən sonuncusu 2013-cü olmaqla borclu ölkə hüdudlarını tez tez tərk etmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cavabdeh Borclu xx.xx.2021-ci il tarixli, GTKR4015930A121 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4071.17 (dörd min yetmiş bir manat on yeddi qəpik) manat, faiz borcuna görə 752.15 (yeddi yüz əlli iki manat on beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 68,23 (altmış səkkiz manat iyirmi üç qəpik) manat olmaqla ümumilikdə 4891,55 (dörd min səkkiz yüz doxsan bir manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi borclu tərəfindən könüllü müddətdə icra edilmədiyindən Borclu əmlak vəziyyəti yoxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə xx.xx.1984-cü ildə Qafan rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-154/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-154/2024
03.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver