Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-160/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-7178/2018 nömrəli, xx.xx.2018ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 2704, ev 220 B-də qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-7178/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və digərindən birgə qaydada 4436 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq tələbkar LPO Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, iş üzrə icraata başlama haqqında qərar qəbul olunmuş, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Bu müddət ərzində tələb üzürsüz səbəbdən icra olunmadıqda göstərilən tələblin məcburi qaydada icra ediləcəyi barədə ona qərar və bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu hal-hazıradək tələbkar LPO Tələbkar ASC-yə olan borcunu tam ödəməmişdir. Məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Odur ki, Borclu hal-hazıradək borcunu ödəməməsini, mülki-hüquqi öhdəliyin icrasından boyun qaçırmasını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə icra edilməmiş öhdəliyi ola-ola onun ölkədən getməsi icra sənədlərinin vaxtında icra olunmayacağını nəzərə alaraq, icra tədbiri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimatla müraciət olunmalıdır. Odur ki, xx.xx.1994-cü il təvəllüdlü, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 2704, ev 220B- də qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-7178/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və digərindən birgə qaydada 4436 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq tələbkar LPO Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi borclu tərəfindən könüllü müddətdə icra edilmədiyindən Borclu əmlak vəziyyəti yoxlanılmış, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-7178/2018 nömrəli, xx.xx.2018ci il tarixli icra sənədi üzrə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 2704, ev 220 B-də qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-160/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-160/2023
15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver