Məhkəmə qərarları › İş №8(010)-165/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-165/2024

25.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-165/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “BYD F 3” minik markalı, “**-FZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsalandırılmışdır ki, həmin icra sənədinə əsasən, Borclu 1714.77 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tələb könüllü müddətdə təmin edilmədiyindən təqdimala borclunun mülkiyyətində olan **- FZ-*** dövlət qeydiyyat nişanlı ‘“BYD F 3” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət olunmuş, Suraxanı Rayon Məhkəməsinin 8(010)-1721/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus **-FZ-*** dövlət qeydiyyat nişanlı “BYD F 3” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "Bank of Baku” ASC-nin xx.xx.2024-cü il tarixdə müvafiq məktubla şöbəyə müraciət edərək Borclu Durusun oğlunun icra sənədini tam olaraq icra etdiyini və qeyd olunan icra vərəqəsinə icra haqqında AR Qanunun 20.1.5 maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə sözügedən icra vərəqəsinə xitam verilməsinə dair qərar qəbul edilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5676/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclu ümumilikdə 1714.77 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 8(010)-1721/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “BYD F 3” minik markalı, “**-FZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar ASC-nin Suraxanı rayon İcra şöbəsinə ünvanlanan ərizəsindən görünür ki, icra sənədi üzrə borcun tam ödənildiyini bildirmiş və bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi” barədə qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5676/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədi üzrə borc məbləği icra edildiyindən həmin avtomobil üzərində həbsin qalmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-1721/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilsin və həmin qərardadla Borclu məxsus ““BYD F 3” minik markalı, “**-FZ-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar