Məhkəmə qərarları › İş №8(010)-166/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-166/2024

08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-166/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, X2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 iştirakı ilə, X* Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4579/2022 saylı, 25.*0.2022ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4579/2022 saylı, 25.*0.2022ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hər ay onun əmək haqqından 20% həcmində pulun tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC cavabdeh X6 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3803,8* manat əsas borc, *00,85 manat faiz borcu, 52,57 manat cərimə olmaqla, cəmi 3957,23 manat və 59,58 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 25 oktyabr 2022-ci il tarixli, 2(0*0)-4579/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, X4 *7.08.202*-ci il tarixli kredit müqaviləsi üzrə 3803,8* manat əsas borc, *00,85 manat faiz borcu, 52,57 manat cərimə olmaqla ,cəmi 3957,23 manat və 59,58 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(0*0)-4579/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Əzizxan Eminov Bakı şəhəri üzrə Təhsil idarəsinə xx.xx.2024-cü il tarixdə 2962*6/22-*8 saylı məktub ünvanlayaraq borclu X8 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(0*0)-4579/2022 saylı icra sənədinə əsasən borclu X4 tələbkar "xxxx" KB ASC-nin xeyrinə cəmi 3957,23 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 59,58 manat tutulmalıdır. X2 bu günə olan qalıq borcunun 4005,24 manat təşkil etdiyini, ”İcra haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsinə əsasən icra sənədi üzrə 4005,24 manat məbləğində pul vəsaitinin hər ay X5 əmək haqqının 50 (əlli) faiz həcmində tutularaq bank hesabına köçürülməsi xahiş edilmişdir. X8 ibtidai sinif müəllimi vəzifəsində işləməklə *062 manat əmək haqqı alır. Ailəlidir, himayəsində 3 uşağı vardır və ailəyə yeganə qazanc gətirən şəxs X7r və maddi vəziyyətində olan çətinliklərdən dolayı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmişdir. Hazırda icra məmuru sözügedən qətnamə üzrə X4 tutulmasına qərar verilmiş məbləği, yəni 4005,24 manat məbləğində pul vəsaitinin hər ay X5 əmək haqqından 50 (əlli) faiz həcmində tutularaq tələbkarın bank hesabına köçürülməsi xahiş edilmişdir. Hər ay X5 əmək haqqından 50 (əlli) faizi tutularaq tələbkara ödənilərsə,onun maddi vəzyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Odur ki, X5 ailə vəziyyətinin və maddi durumu nəzərə alınmalı və hər ay onun əmək haqqının 20 (iyirmi) faiz tutularaq tələbkara ödənilməyi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X* etibarnamə üzrə nümayəndəsi (vəkil) X9 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə borclunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, materiallarda olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 4579/2022 saylı, 25.*0.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək X4 *7.08.202*-ci il tarixli kredit müqaviləsi üzrə 3803,8* manat əsas borc, *00,85 manat faiz borcu, 52,57 manat cərimə olmaqla, cəmi 3957,23 (üç min doqquz yüz əlli yeddi manat, iyirmi üç qəpik) manat və 59,58 (əlli doqquz manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İş materiallarında olan Suraxanı rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli, 296**6/22-*8 saylı məktubuna əsasən X2 həmin tarixə olan borcu 4005.24 manat pul vəsaitinin hər ay əmək haqqının 50% həcmində tutularaq tələbkarın bank hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarından müəyyən olunur ki, borclu X8 Bakı şəhəri üzrə Təhsil İdarəsində işləyir və aylıq əmək haqqı *335.24 manat təşkil edir. Hazırda borclu ərizəsində qətnamənin icra üsulunun dəyişdirilərək hər ay onun əmək haqqından 20% həcmində pulun tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4579/2022 saylı, 25.*0.2022-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilməli, hər ay onun əmək haqqından 20% həcmində pulun tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi təmin olunmalıdır. İcra Haqqında qanunun 64-cü maddəsinə əsasən borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Həmin qanunun 65.*.-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Bu Qanunun 65.2.-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Məhkəmə hesab edir ki, X8 ailəyə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində üç azyaşlı övladı vardır. Borclu Bakı şəhəri üzrə Təhsil İdarəsində işləyir və aylıq əmək haqqı *335.24 manat təşkil edir və həmin əmək haqqından vergilər tutulduqdan sonra (**82.34 manat) qalan məbləğdən 50 faizi tutulması (59*.*7 manat) borcluya əşverişsiz hal yaratmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun *-ci maddəsinə əsasən əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda borclunun əmək haqqından hər ay 50% tutulmasından sonra qalan vəsait borclunun özünün və üç azyaşlı övladlarının saxlanılması üçün nəzərdə tutulan yaşayış minimumunun məbləği ilə uzlaşmır. Azərbaycan Respublikası MPM-nin 23*.*-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icra prosesində baş verən hallarla bağlıdır. Yəni, elə hallar ki, o hallar qətnaməni qəbul edilən şəkildə icra etməyə imkan vermir. Hazırkı işin hallarından görünür ki, borcun tam şəklində qaytarmaq mümkün olmamış və qətnamənin icrasında çətinlik yaranmışdır. Yaranmış bu hal isə icrası məcburi olan məhkəmə qətnaməsinin icra edilmədən qalması üçün əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23*-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, qətnamədə qeyd olunan borcun əmək haqqından hər ay 50 faiz olmaqla tutulması borcluya əşverişsiz hal yaratdığından, tutulmalı olan cəmi 3957,23 manat borc və 59,58 manat ödənilmiş dövlət rüsumu X2 əmək haqqından hər ay 20% olmaqla tutularaq tələbkar "xxxx" KB ASCyə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4579/2022 saylı, 25.*0.2022-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası dəyişdirilsin. Qətnamədə qeyd olunan 3957,23 (üç min doqquz yüz əlli yeddi manat, iyirmi üç qəpik) manat pul vəsaiti və 59,58 (əlli doqquz manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu X2 əmək haqqından hər ay 20% olmaqla tutularaq tələbkar "xxxx" KB ASCyə ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar