Məhkəmə qərarları › İş №8(010)-168/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-168/2024

11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-168/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1883/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-1883/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin 150-200 manat civarında ödəməklə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-1883/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən ondan 6437, 59 (altı min dörd yüz otuz yeddi manat əlli doqquz qəpik) və 92,86 (doxsan iki manat səksən altı qəpik) manat dövlət rüsumu pul vəsaiti alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə tutularaq ödənilməlidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icraya yönəldilmiş və qətnamə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. O, hal-hazırda rəsmi heç bir yerdə işləmir. Özü ailəsi ilə birlikdə yaşayır, himayəsində yaşlı valideynləri, iki azyaşlı övladları və həyat yoldaşı var. Özü və ailə üzvlərindən heç kim heç bir yerdə nə rəsmi nə də ki qeyri rəsmi işləmirlər. Anası ağır onkoloji xəstədir. Ailəni demək olar ki dolandıra bilmir, heç bir yerdən rəsmi gəlir yeri yoxdur. İcra şöbəsi tərəfindən ona qətnamənin icrası ilə bağlı 10 gün könüllü müddət verilmişdir. Hazırkı vəziyyətdə heç çür təyin olunmuş borcu tam olaraq bağlaya bilmir. Bu səbəbdən yuxarıda qeyd etdiyi kimi ailə və sosial vəziyyətini nəzərə alıb qətnamənin icrası ilə əlaqədar ona hər ay 150-200 manat civarında "xxxx" QSC-nin xeyrinə ödəniş etməsi ilə əlaqədar hissəvi qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə ərizəyə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizə təqdim etməklə kifayətlənmiş, həmin borc məbləğinin birdəfəlik deyil, məhz onun bildirdiyi kimi icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar barədə heç bir tutarlı dəlil məhkəməyə təqdim etməmişdir. Hazırda borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1883/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1883/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar