Məhkəmə qərarları › İş №8(010)-169/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-169/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-169/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, X* borclu Tərlan Babayevə məxsus VAZ-2*043 markalı ** DU *** dövlət, nömrə nişanlı və Mersedes Benz 200 markalı *0 SD 478 dövlət nömrə nişanlı- minik avtomobillərinin saxlanılıb onların cərimə meydançasına qoyulması vəzifəsinin DİN-nin X6 İdarəsinin üzərinə qoyulması barədə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən borclu Tərlan Babayevə məxsus VAZ-2*043 markalı ** DU *** dövlət, nömrə nişanlı və Mersedes Benz 200 markalı *0 SD 478 dövlət nömrə nişanlı- minik avtomobillərinin saxlanılıb onların cərimə meydançasına qoyulması vəzifəsinin DİN-nin X6 İdarəsinin üzərinə qoyulmasına dair qərardad məsələsinə baxılmasını xahiş etmişdir. Ərizəçı ərizəni onunla əsaslandırmışdır ki: “Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(0*0)-2077/2022 saylı 0*.07.2022-ci il tarixi icra sənədinə əsasən borclu Tərlan Babayevə məxsus VAZ-2*043 markalı ** DU *** dövlət nömrə nişanlı və Mersedes Benz 200 markalı *0 SD 478 dövlət nömrə nişanlı minik avtomobilləri üzrə həbs qoyulmuş və bu qərardadın icrası Suraxanı rayon İcra şöbəsinə və DİN-nin Baş X6 İdarəsinə həvalə edilmişdir.Borclu avtomobili gizlədir və icra şöbəsinə təqdim etmir. DYP-i avtomobillərin özgəninləşdirilmsinə qadağa qoysada, avtomobilləri faktiki saxlayıb onların cərimə meydançasına təhvil vermir. Avtomobilin saxlanması və cərimə meydançasına qoyulması təmin olunmadığı üçün məhkəmə qərarı icra olunmamış qalmışdır. Bununla əlaqədar X6 İdarəsinə və Suraxanı rayon icra şöbəsinə müraciətlər etmişəm. Eyni zamanda müvafiq vəsatətlə Suraxanı rayon icra şöbəsinə müraciət etmişəm. Lakin, onlar müraciətlərimi yazılı cavablandırmamış, vəsatətim isə təmin olunmamışdır. Mənə verdikləri şifahi cavablarında isə bildirirlər ki, məhkəmə tərəfindən avtomobillərin üzərinə həbs qoyulması yazılsa da, avtomobillərin saxlanılması və cərimə meydançasına qoyulması barədə tapşırıq verilməmişdir. Odur ki, DYP-nin üzərinə bununla əlaqədar müvafiq vəzifənin qoyulması vacibdir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizə aidiyyəti üzrə düzgün məhkəməyə verilməmişdir. Odur ki, müvafiq ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *5*. İddia ərizəsinin mümkünlüyü. *5*.*. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə *52. İddia ərizəsinin qaytarılması. *52.*. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. *52.*.*. iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; *52.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. *52.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, təqdimat geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X* borclu Tərlan Babayevə məxsus VAZ-2*043 markalı ** DU *** dövlət, nömrə nişanlı və Mersedes Benz 200 markalı *0 SD 478 dövlət nömrə nişanlı- minik avtomobillərinin saxlanılıb onların cərimə meydançasına qoyulması vəzifəsinin DİN-nin X6 İdarəsinin üzərinə qoyulmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar