Məhkəmə qərarları › İş №8(010)-18/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-18/2025

07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-18/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023 saylı, xx.xx.2023-cu il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus "KİA K5” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə Suraxanı rayon Məhkəməsinin 8(010)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2147/2023 saylı, xx.xx.2023-cu ıl tarixli icra sənədinə əsasən Borclu Nizamı oğlundan 3759,91 manat məbləğində pul vəsaiti tələbkar “Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulmalıdır. Tələb könüllü icra müddətində icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilərək Borclu məxsus "KİA K5" markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması üçün Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmiş və Suraxanı Rayon Məhkəməsinin 8(010)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Borclu Nizamı oğluna mülkiyyət huququ əsasında məxsus olan “KİA K5” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə tələbkar “Bank VTB (Azərbaycan)" ASC şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icra sənədi üzrə borc tam ödənilmiş və bu səbəbdən icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən icra sənədinin icraatına qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3.-cü maddəsinə əsasən, .... borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir.... borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır....borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 231.2-ci maddəsinə görə, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023 saylı, xx.xx.2023-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2021 -ci il tarixli, 274622-1-37126 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2673,47 manat, faiz borcuna görə 746.59 manat, dəbbə borcuna görə 270 manat və ödənilmiş dövlət rüsumuna görə 69,85 manat olmaqla cəmi 3759,91 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar “Bank VTB (Azərbaycan)" ASC-nin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 5012 saylı məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(010)-2147/2023 saylı, xx.xx.2023-ci il tarixli Məhkəmə qətnaməsinə əsasən, borclu/cavabdeh Borclu Bank VTB (Azərbaycan) ASC-nin ona qarşı olan borc tələbini xx.xx.2024-cü il tarixində tam icra etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(010)-2147/2023 saylı, xx.xx.2023-ci il tarixli Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” Qərarı ilə Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2147/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)- 127/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar “Bank VTB (Azərbaycan)" ASC-nin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə yazdığı ərizəni nəzərə alaraq, avtomobil üzərində həbsin qalması lüzumsuz görünür. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu məxsus “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə 8(010)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və həmin qərardadla Borclu məxsus “KİA K5” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar