Məhkəmə qərarları › İş №8(010)-180/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-180/2024

09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-180/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X6 oğlunun katibliyi Borclu Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Maqsud oğlunun iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1373/2024-002 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc tələbinin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi məqsədi ilə X2 mülkiyyətində olan **-DT-*** Dövlət qeydiyyat nişanlı, “FORD MUSTANG” MİNİK avtomobilinin üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Heydər Bəxtiyarov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1373/2024-002 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc tələbinin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi məqsədi ilə X2 mülkiyyətində olan **-DT-*** Dövlət qeydiyyat nişanlı, “FORD MUSTANG” MİNİK avtomobilinin üzərinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci,48-ci,və 57-ci maddələrini rəhbər tutaraq həbs qoyulması və qeyd olunan avtomobilin X9 tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1373/2024-002 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə Borclu cəmi 13117.81 manat məbləğində pul vəsaiti və 129.35 manat məbləğində dövlət rüsumu Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, iş üzrə icraata başlama haqqında qərar qəbul olunaraq borcluya qərar və bildiriş verilmişdir. İcra sənədində göstərilən tələb könüllü icra üçün verilmiş müddətdə Borclu tərəfindən üzürsüz səbəbdən icra olunmadığından icra sənədinin icrasını təmin etmək məqsədi ilə müvafiq icra tədbirləri görülmüş və nəticədə Borclu həyat yoldaşı X2 mülkiyyətində **-DT-*** Dövlət qeydiyyat nişanlı, “FORD MUSTANG” MİNİK avtomobili aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1373/2024-002 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc tələbinin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi məqsədi ilə X2 mülkiyyətində olan **-DT-*** Dövlət qeydiyyat nişanlı, “FORD MUSTANG” MİNİK avtomobilinin üzərinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci,48-ci,və 57-ci maddələrini rəhbər tutaraq həbs qoyulması və qeyd olunan avtomobilin X9 tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu öz izahatında bildirdi ki, icra məmuru tərəfindən aktlaşdırılmış əmlakların ona aidiyyatı yoxdur. Qeyd olunan əmlaklar məhz yoldaşına məxsusdur.Bundan əlavə həyat yoldaşı ilə aralarında nikah müqaviləsi bağlanmışdır. Belə ki, birgə nikah dövründə əldən olunan əmlaka birgə mülkiyyət iddiası tətbiq edilə bilməz. Məhkəmə iclasında Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar Maqsud oğlu təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1373/2024-002 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə Borclu cəmi 13117.81 manat məbləğində pul vəsaiti və 129.35 manat məbləğində dövlət rüsumu Tələbkar ödənilməlidir. İş materiallarında olan **-DT-*** Dövlət qeydiyyat nişanlı, “FORD MUSTANG” MİNİK avtomobil xx.xx.2021-ci il tarixdən X4 məxsusdur. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə görə məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 47.2-ci maddəsinə görə borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Borclu tərəfindən təqdim edilən, Borclu ilə X5 arasında bağlanmış 24 mart 2016-cı il tarixli nikah müqaviləsinin surətindən görünür ki, tərəflər (tərəflər arasında nikah xx.xx.2010-cu il tairxdə bağlanmış və Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən 504 № ilə qeyd edilmişdir) nikahın rəsmi qeydiyyatından əvvəl və ya nikah dövründə əldə olunmuş hər hansı əmlak üzrə nikah pozulduğu anda və ya nikah dövründə qarşılıqlı surətdə biri digərinə qarşı iddia qaldırmayacağını öhdəsinə götürür. (2-ci bənd) -Bu müqavilə qüvvəyə mindikdən sonra daşınmaz əmlak, yaxud digər əmlak, qiymətli kağızlar, müəssisədəki pay kimin adına alınmışsa, onun şəxsi əmlakı hesab olunur.(3-cü bənd) Hazırkı işdə, üzərinə həbsin qoyulması tələb edilən avtomobil xx.xx.2021-ci il tarixdə borclunun həyat yoldaşı X2 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən avtomobilin üzərinə həbs qoylması üçün qanuni əsaslar yoxdur. Belə ki, həmin avtomobilin borcluya məxsus olması müəyyən edilmir. Halbuki, İcra Haqqında Qanunun yuxarıda qeyd edilən maddələrinə əsasən borclunun 3-cü şəxsdə olan əmlakına o zaman həbs qoyula bilər ki, həmin əmlakın borcluya məxsus olması qeyd-şərtsiz olsun, yalnız həmin əmlak fiziki olaraq borcluda olmasın. Hazırkı işdə isə əmlak borcluya məxsus deyil. Ona görə də, hazırkı təqdimat təmin edilə bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi üzrə borcun ödənilməsinin təmin edilməsi digər prosessual hərəkətlərlə davam etdirilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-55-ci maddələri və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1373/2024-002 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc tələbinin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi məqsədi ilə X2 mülkiyyətində olan **-DT-*** Dövlət qeydiyyat nişanlı, “FORD MUSTANG” MİNİK avtomobilinin üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar