Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-184/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4589/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru T.Bayramovun təqdimatına baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru T.Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4589/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan borclu xx.xx.1981-ci ildə anadan olmuş borclu X2 Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4589/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 1676,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun yaşadığı ünvanına göndərilmiş və borcluya tələbi könüllü icra etməsi üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu X3 dəfələrlə icra şöbəsinə dəvət olunmasına və telefon əlaqəsi yaradılmasına baxmayaraq o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək şöbəyə gəlməkdən və icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Məhkəmə icra məmuru T.Bayramovun təqdimatını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru T.Bayramovun təqdimatından isə görünür ki, təqdimata borclu X2 məcburi gətirilməsi barədə icra məmurunun müvafiq qərarı əlavə olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4589/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru T.Bayramovun təqdimatı təmin edilməsin.
Məhkəmə qərarları › İş №8(010)-184/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-184/2023
07.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver