Məhkəmə qərarları › İş №8(010)-186/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-186/2023

26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-186/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 02 avqust 2022-ci il tarixli e-2(010)-2716/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borcluın əmlakı üzərinə həbs qoyulmasına dair Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əzizxan Eminov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu mülkiyyətində olan “Chery T11” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasnı xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010) - 2716/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə Borclu cəmi 1547 manat məbləğində pul vəsaiti alınaraq tələbkar “Aztur Rent A Car MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində şöbənin icraatına daxil olmuş, iş üzrə ictaata başlama haqqında qərar qəbul olunaraq borcluya qərar və bildiriş göndərilmişdir. İcra sənədində göstərilən tələb könüllü icra üçün verilmiş müddətdə Borclu tərəfindən üzürsüz səbəbdən icra olunmadığından icra sənədinin icrasını təmin etmək məqsədi ilə onun mülkiyyətində olan “Chery T11” minik markalı, **- LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyuması üçün məhkəməyə təadimatla müraciət olunmalıdır. Məhkəmə iclasında Tələbkar MMC-nin nümayəndəsi X2 təqdimatı müdafiə edərək, onların müraciətinə əsasən İcra Şöbəsinin təqdimat verdiyini, qətnamənin 2022-ci ildə qanuni qüvvəsini aldığını, lakin borclunun borcu ödəməkdən yayındığını bildirdi. Hər dəfə nəqliyyat vasitəsini başqa şəxsə verdiyini bə yaxud heç sürmədiyini deyərək borcu ödəməkdən imtina eydiyini, adında rəsmi iş yeri olduğunu və maaşından tutlması üçün ora da müraciət etdiklərini bildirdi. Lakin, sonra həmin şirkət faktiki olaraq fəaliyyət göstərmədiyini və buna görə İcra şöbəsindən əmlakın üzərinə həbsin qoyulmasına dair təqdimat verilməsini xahiş etdik. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Borclu borcun 500 manatını Ceyhun adlı şəxsə ödədiyini qəbzləri verərək heç şirkətə dair maşını 1 ay ərzində sürmədiyini bildirmişdir. 10 gün sürdüyünü və onun üçün də 500 manatı ödədiyini qeyd etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin olunmalı və Borclu mülkiyyətində olan “Chery T11” minik markalı, **-LM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2716/2022 nömrəli icra vərəqəsinə əsasən, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli 634 saylı icarə müqaviləsi üzrə 1510 manat və ödənilmiş dövlət rüsumuna görə 37 manat olmaqla, cəmi 1574 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2716/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün borclunun qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron icra sistemindən çıxarışdan görünur ki, “Chery T11” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Suraxanı Rayon Məhkəməsinin e-(010)-2716/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli, 634 saylı icarə müqaviləsi üzrə 1510 manat və ödənilmiş dövlət rüsumuna görə 37 manat olmaqla cəmi 1547 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (45.2). Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur (45.3). Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (45.6). Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir (45.7). Həmçinin, həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (50.1).Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir (50.2). Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur (50.4). Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər (50.5). Beləliklə, icra sənədi bir ildən artıq müddətə icrasız qaldığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu mülkiyyətində olan “Chery T11” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin e-2(010)-2716/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində “Chery T11” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhər Suraxanı rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar