Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-186/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Borclu iştirakı ilə Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-3210/2024 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 200 manat məbləğində tutulan aliment məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.68 misli həddində və sonrakı artımlara da münasib olaraq indeksasiya edilməklə hesablanması və hər ay həmin məbləğin borcludan tutularaq ona ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(010)-3210/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment iddia tələbi təmin edilərək qətnamə qəbul olunmuşdur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1 uşaq üçün yaşayış minimumu 2025-ci il yanvar ayının 1dən 246 manat müəyyən edilmişdir. Qeyd edir ki, 2024-cü ildə hər bir uşaq üçün təyin olunmuş 200 manat aliment az miqdarda olduğundan həmin pul hal-hazırda uşaqların aylıq tələbatını ödəmir. 200 manat pula 1 uşağı saxlamaq olmur, bütün ərzaq və geyim əşyalarının qiymətləri qalxmışdır. Ona görədə hesab edir ki, qətnamənin icra qaydası müəyyən olunmalıdır, alimentin indeksasiyası aparılmalıdır. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu bildirdi ki, hazırki ərizə ilə razı deyildir, belə ki, aylıq əmək haqqısı 400 manat təşkil edir. Məhkəmə borclunu dinləyib, təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-3210/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Borclu və Tələbkar arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 179 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək anaları Tələbkar yanında qalmaları, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 ( iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin Sərəncama əsasən 2024-cü ildə ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3210/2024 saylı, xx.xx.2024-cü il qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 (200:345=0.58) misli həddində müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, tələbkar indeksasiya olunmuş aliment miqdarının xx.xx.2025-ci il tarixdən hesablanmasını xahiş etsə də, lakin məhkəmə bunu əsaslı hesab etmir. Məhhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan qərarının 8.11-1-ci bənində əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Hazırki ərizənin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmasını və AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum qərarında əks olunmuş mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, indeksasiya edilmiş aliment miqdarı tələbkarın məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3210/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 18 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində aliment tutulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-186/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-186/2025
04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver