Məhkəmə qərarları › İş №8(010)-19/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-19/2025

09.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-19/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Nisə İsmayılova Borclu mülkiyyətində olan «KİA K5» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Nisə İsmayılova Borclu mülkiyyətində olan «KİA K5» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar "xxxx" ASC-nin xeyrinə Borclu cəmi 2200.20 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərarla birlikdə bildiriş məktubu göndərilərək icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmələri təklif olunmuşdur. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə Borclu məxsus «KİA K5» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Suraxanı rayon Məhkəməsinin 8(010)-114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İş üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icra sənədi üzrə borc tam ödənilmiş və bu səbəbdən icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir.Bu səbəbdən Suraxanı Rayon İcra Şöbəsi Borclu məxsus «KİA K5» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2024cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1765/2023 saylı, xx.xx.2023-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-114/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadı üzrə Borclu məxsus «KİA K5» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 163-164-cü və 168ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus «KİA K5» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar