Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-193/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyevin «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına» dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu aliment borcu tam ödənilədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 300, manat, cəmi 1200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunmuş, Borclu icra sənədində göstərilən tələbi dərhal könüllü icra etməsi təklif olunmuşdur. Tələbi üzürsüz səbəbdən icra olunmadıqda göstərilən tələbin məcburi qaydada icra ediləcəyi barədə ona qərar və bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu hal-hazıradək Tələbkar cəmi 1000 manat aliment ödəmişdir. Məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudulaşdırıla bilər. Odur ki, Borclu hal-hazıradək aliment ödəməməsi, mülki-hüquqi öhdəliyin icrasında boyun qaçırmasını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə icra edilməmiş öhdəliyi ola-ola onun ölkədən getməsi icra sənədinin vaxtında icra olunmayacağını nəzərə alaraq, icra tədbiri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimatla müraciət olunmalıdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231-ci madəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-193/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-193/2023
04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver