Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-193/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin, Tələbkar, Borclu iştirakı ilə Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 28, mənzil 49 saylı mənzilinə Tələbkar tərəfindən istifadə edilməsinə Borclu tərəfindən yaradılmış maneələr ardan qaldırılmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı, Suraxanı, Günəşli qəs, D Y/S, 28, 49 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu etirazla məhkəməyə müraciət edərək, təqdim əsassız və qanunsuz olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev qeyd etdi ki, borclu icra sənədi üzrə çağırışlardan boyun qaçırır və hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında Tələbkar bildirdi ki, borclu icra sənədi üzrə tələbin icrasına maneə yaradır. Hesab edir ki, barəsində müvafiq tədbir görülməlidir. Məhkəmə iclasında Borclu bildirdi ki, icra məmurunun çağırışlarından yayınmamışdır, çağrıldığı hər bir vaxt getmişdir. Hesab edir ki, təqdimat qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 28, mənzil 49 saylı mənzilinə Tələbkar tərəfindən istifadə edilməsinə Borclu tərəfindən yaradılmış maneələr ardan qaldırılmalıdır. - xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sms bildirişlərdən görünür ki, Borclu icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə dəvət edilmişdir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə gəlməli olduğu, əks təqdirdə isə barəsində məcburi gətirilmənin tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. - xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Borclu Suraxanı rayon İcra şöbəsində olmuş və icra məmuru Vüsal Əliyev tərəfindən izahatı alınmışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra müvafiq icra hərəkətləri həyata keçirilmiş, 2022-ci il tarixində borclunu icra şöbəsinə dəvət olunması barədə sms bildirişlər göndərilmiş və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli izahatdan göründüyü kimi isə borclu icra şöbəsində olmuş və icra məmuru tərəfindən izahatı alınmışdır. Göründüyü kimi borclu icra məmurunun çağırışı üzrə icra şöbəsində olmuş və onun çağırışından boyun qaçırmamışdır. Eyni zamanda, hazırki məhkəmə iclasında da məhkəmənin çağırışı üzrə gəlməklə iştirak etmişdir. Hazırki vəziyyətdə araşdırılan iş materialları ilə borclunun icra məmurunun çağırışı üzrə icra şöbəsində gəlməkdən boyun qaçırması halı müəyyən edilmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı: Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin təqdimatı təmin edilməsin. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-193/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-193/2024
23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver