Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-201/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatına baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadə təqdimatla məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu X1 15776 manat, Borclu isə 720 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152,75 manat dövlət rüsumu borclu X1 və Borclu müştərək qaydada Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə icra şöbəsinə dəvət olunmasına baxmayaraq icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməmiş, tələbkara olan borcunu hal-hazıradək ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə icra məmuru Nicat Vəli zadənin təqdimatını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə izahat verərək borcunun bir qismini 3 gün müddətində ödəyəcəyini bildirsə də, sözünə əməl etmədiyi və icra şöbəsinə gəlmədiyi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadə tərəfindən xx.xx.2023-cü il tarixdə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə qərar Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin rəisi Nazim Nərimanov tərəfindən təsdiq edilmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatını nəzərə alıb və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatı təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin.
Məhkəmə qərarları › İş №8(010)-201/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-201/2023
03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver