Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-204/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Tələbkar2 və onun nümayəndəsi (vəkili) Tələbkar1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair Tələbkar2 nümayəndəsi (vəkili) Tələbkar1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-479/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16, 54 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Hazırda icra sənədi üzrə Tələbkar2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-479/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra məmurunun xx.xx.2022-ci il tarixli icraata xitam qərar haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki; “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli —2(010)-479/202İ saylı qətnaməsi ilə iş üzrə iddiaçı Tələbkar2 iddia tələbi təmin edilmiş, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16, 54 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Qətnamə 2022-ci ildə icra olunmuş və Tələbkar2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16, 54 ünvanında yerləşən evə köçürülmüşdür. 2023-cü ilin əvvəllərində iddiaçının valideynləri xəstə olduğuna görə iddiaçı bir müddət valideynlərinin yanında qalmış, onlar dünyasını dəyişəndən sonra yenidən mübahisəli mənzilə qayıtmaq istəmişdir. İddiaçının valideynlərinin yanında müvəqqəti qalmasından istifadə edən cavabdeh evin açarını dəyişdirmiş, iddiaçıya evə köçməyə imkan verməmişdir. İddiaçı Suraxanı rayon İcra Şöbəsinə müraciət etsə də, icra məmuru qeyd edilən mülki iş icra olunduğuna görə işə xitam verilərək məhkəməyə qaytarıldığından iddiaçını mübahisəli evə köçürə bilmədiklərini qeyd etmişdir. İcraatın təzələnməsi ilə bağlı Suraxanı rayon İcra Şöbəsinə müraciət etsək də, Suraxanı rayon İcra Şöbəsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edilikdə icra tədbirlərinin davam etdirildiyini qeyd etmiş və qüvvədə olan icraata xitam verilmə barədə icra məmurunun qərarının ləğvi barədə məhkəməyə müraciət etməyimizi tövsiyyə etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindəyik.” Məhkəmə iclasında iddiaçı Tələbkar2 ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Tələbkar2 nümayəndəsi (vəkili) Tələbkar1 ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə tələbkarı və onun nümayəndəsini dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarını “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5 -ci maddəsinə əsasən Tələbkar2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s dön 16, 54 mənzilə köçürülmüş və bu barədə akt tərtib edilmişdir. Ərizəçinin bildirdiyinə görə sonradan o, müəyyən səbəblərdən bir müddət mübahisəli evdə yaşamamış və hazırda onun keçmiş həyat yoldaşı və icra sənədi üzrə Borclu onu yaşadığı mənzilə buraxmır. Borclu məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etmədiyindən məsələ ilə bağlı onun münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi Borclu barəsində Suraxanı Rayon Məhkəməsinin 2(010)-479/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi olmuş, Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2022ci il tarixli qərarı ilə “İcra Haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, “İcra Haqqında” Qanunun 73.5-ci maddəsinə əsasən Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata xitam verimə barədə ”qərarı ləğv edilməlidir. Belə ki, “İcra Haqqında” Qanunun 73-cü maddəsinə əsasən; 73.1. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. 73.2. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 73.3. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.4. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. 73.5. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İş materiallrına əlavə edilmiş sənədlərdən görünür ki, tələbkarın mübahisəli evə köçürülməsi barədə akt tərtib edilmiş və icra məmuru həmin akta əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Lakin hazırda ərizəçi bildirir ki, icra sənədi üzrə borclu onun mənzildə yaşamasına maneçilik törədir. Məhkəmə hesab edir ki, işin by halı Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-479/2021 saylı icra sənədi üzrə Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraata xitam veriməsi barədə qərarının ləğv edilməsi üçün qanuni əsaslar olması qənaətinə gəlməyə əsas verir. Belə ki, “İcra haqqında” Аzərbаycаn Respublikаsı Qаnununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir Göründüyü Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 479/2021 saylı qətnaməsi üzrə icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının qəbul edilməsinə əsas verən, qeyd olunan qanunun normasının dizpozitiv şərtlərinə uyğun hallardan biri mövcud olmuşdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-479/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-479/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən icra tədbirlərinin davam etdirilməsi təmin edilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəm QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(010)-479/2021 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №8(010)-204/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-204/2024
13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver