Məhkəmə qərarları › İş №8(010)-212/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-212/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-212/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, icra sənədi üzrə tələbkarın nümayəndəsi Nümayəndə, icra sənədi üzrə Borclu iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1937/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təqdimatın məzmunu

1. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1937/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 25078.90 AZN borc və 165 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək Borclu göndərilmişdir. İcra sənədi borclu tərəfindən könüllü müddətdə icra edilmədiyindən Borclu əmlak vəziyyəti yoxlanılmış, lakin onda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Eyni zamanda icraata başlamaq haqqında qərar və bildiriş Borclu xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur.

Tərəflərin izahatları

3. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

5. Məhkəmə iclasında icra sənədi üzrə tələbkarın nümayəndəsi Nümayəndə izahat verərək təqdimatın əsaslı olduğunu və buna görə də təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında icra sənədi üzrə Borclu bildirdi ki, icra məmuru tərəfindən icraata başlandıqdan sonra o, şöbəyə dəvət olunmuş və qərar və bildiriş ona rəsmi təqdim olunmuşdur. Həmçinin, borcun ödənilməsini təmin etmək məqsədilə, onun əmək haqqına da tutma yönəldilmişdir. İcra məmuru tərəfindən bütün zəruri icra hərəkətləri yerinə yetirilmiş və ona borcun ödənilməyəcəyi təqdirdə ölkədən çıxışına məhdudiyyət qoyulacağı barədə xəbərdarlıq da edilmişdir. Buna görə də hazırda təqdimatın təmin edilməsinə heç bir etirazı yoxdur.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.

11. Belə ki, təqdimatdan və məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş 171606/2023 №-li icra işindən görünür ki, borc könüllü qaydada ödənilmədiyi üçün icra məmuru tərəfindən borcluya məxsus mülkiyyət növlərinin, nəqliyyat vasitəsilərinin, onun sığorta olunan, əmək pensiyaçısı kimi qeydiyyatda olub-olmaması və digər müavinətlər alıb-almaması, adına əmanətlərin, hesablarında pul vəsaitlərinin olub-olmaması barədə məlumat əldə etmək məqsədilə “Elektron məhkəmə” informasiya sisteminə elektron sorğular göndərilmişdir. Sorğular nəticəsində borcluya məxsus iş yerinin olması məlum olmuş və xx.xx.2023-cü il tarixdə də həmin iş yerinə borcun tutulması ilə bağlı məktub göndərilmişdir. Göründüyü kimi icra məmuru tərəfindən bütün zəruri icra hərəkətləri yerinə yetirildiyi üçün haqlı olaraq icra sənədi üzrə tələb icra olunanadək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.

Məhkəmənin gəldiyi nəticə

12. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1937/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1937/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar