Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-214/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, cavabdeh X11 iştirakı ilə, İddiaçı X6 cavabdehlər X16, X3, X17, X12 və X9 qarşı “yaşayış sahəsinin boşaldılması, cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X11, X1, X14, X10 və X7 ona və ailəsinə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 5 saylı evin 55 saylı mənzilindən çıxarılması, cavabdehlərə məxsus əşyaların və əmlakların həmin mənzildən çıxarmaqla mənzilin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4642/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər X20, X4, X21, X19 və X18 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 5 saylı evin 55 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılması və mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 5 saylı evin 55 saylı mənzili boşaldılaraq iddiaçı X8 təhvil verilməsi və mülkiyyətçi X13 həmin mənzilə köçürülməsi qət edilmişdir. X5 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmin mənzil onun tərəfindən satılsa da, hazırda qış aylarıdır və onun anası və digər qohumları Zəngilan rayonundan məcburi köçkün olmaqla onunla bərabər yaşayırlar. Onların başqa yaşayış yerləri olmadığından məhkəmə qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və tələbkar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə tələbkarın və icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni və əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. X5 onun ailə üzlərinin Zəngilan rayonundan məcburi köçkün olmasını və başqa yaşayış yeri olmadığını göstərsə də, bunun təsdiqi olaraq mənzilin boşaldılmalı olması ilə bağlı yaranmış hər hansı əlverişsiz hal barəsində heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul olunduğundan və hal-hazıra kimi borclu tərəfindən icra olunmadığından, həmçinin qətnamənin icrasına möhlət verilməsi ilə bağlı olaraq tələbkarın mövqeyini müəyyən etmək mümkün olmadığından X11 məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4642/2022 saylı, xx.xx.2022ci il tarixli məhkəmə qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-214/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-214/2023
03.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver