Məhkəmə qərarları › İş №8(010)-22/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-22/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-22/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-457/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. İcra sənədi üzrə borclu X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-457/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

3. İş üzrə məhkəmə baxışı iclası 29 yanvar 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir.

4. İcra sənədi üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, ərizənin rədd edilməsini xahiş etmişdir.

5. İcra sənədi üzrə borclu X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

6. Məhkəmə ərizəni nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-457/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissəhissə icra edilməsi barədə icra sənədi üzrə borclu X1 ərizəsi baxılmamış saxlanılmalıdır.

7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-457/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X1 ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar